Qısa məzmun
Azersun Holding Keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir
Ümumi məlumatlar:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
- Kimya mühəndisi;
- Qida mühəndisi;
- Mexanika mühəndisi.
- Avtomatlaşdırma
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
- İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri Regionlar: İmişli,Kürdəmir,Lənkəran
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis(Bölgələr))” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...