Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə Haqqında:

Biz komandamıza yeməkxanada təqdim olunan qida məhsullarının təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün  təcrübəli Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz qida təhlükəsizliyi standartlarına uyğun olaraq yeməkxanada bütün hazırlıq və təqdimat proseslərinə nəzarət etmək, sanitar-gigiyenik qaydaların tətbiq olunmasını təmin etmək və keyfiyyət standartlarına uyğunluğun yoxlanılmasını həyata keçirməkdən ibarət olacaqdır.

İş Barədə Məlumat:

  • İş yeri : Hacıqabul
  • Yeməkxanada təqdim olunan qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq;
  • Qida məhsullarının qəbulundan başlayaraq hazırlanma və təqdimat mərhələlərinə qədər olan bütün proseslərə nəzarət etmək;
  • Qida keyfiyyəti ilə bağlı proseslərdə hər hansı risk və uyğunsuzluğu vaxtında müəyyənləşdirmək və rəhbərliyə məlumat vermək;
  • İstehlak üçün nəzərdə tutulmuş məhsulların gigiyena və keyfiyyət tələblərinə uyğun hazırlandığını təmin etmək;
  • Yeməkxana heyətinə sanitar qaydalar, qida təhlükəsizliyi və gigiyenik təlimatlar barədə dəstək göstərmək və onlara nəzarət etmək;
  • Təlimlər təşkil edərək qida təhlükəsizliyi sahəsində komandanın bilik və bacarıqlarını artırmaq;
  • Aylıq və ya dövri olaraq qida təhlükəsizliyi üzrə hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
  • 6 günlük iş rejimi (09:00 – 17:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı : Müsahibə əsasında.

Tələblər:

  • Qida mühəndisliyi, biotexnologiya və ya əlaqəli sahədə ali təhsil;
  • Qida təhlükəsizliyi, gigiyena və keyfiyyət nəzarəti üzrə ən azı 2 il iş təcrübəsi;
  • HACCP, ISO 22000 kimi qida təhlükəsizliyi standartları üzrə biliklər;
  • Güclü məsuliyyət hissi, detallara diqqət və dəqiqlik;
  • Yüksək səviyyədə müşahidə və təhlil qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.

Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt haciqabulqusculuq.hr@gmail.com ünvanımıza göndərə bilərsiniz .

Oxşar vakansiya siyahısı:

Növbə mühəndisi

Aztelekom MMC Növbə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelekom MMC

29.11.2024 - Bakı

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı