Market Şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə Aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Araz Supermarket Market Şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası);
  • Qida sahəsində minimum 3 il təcrübə;
  • Qida sahəsində Beynəlxalq standartlar üzrə nəzəri biliklər və sertifikatlar üstünlükdür;
  • Orta səviyyədə MS Office bilikləri (Word, Excel, Outlook);
  • Kommunikasiya, analitik düşüncə, planlama və təşkilatçılıq, nəticə yönümlülük, diqqətlilik bacarığı.

Vəzifə öhdəlikləri:

  • Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiq edilməsinə nəzarət etmək;
  • Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;
  • Marketlərdə qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;
  • Marketlərdə plana uyğun olaraq yoxlamaların icra edilməsini təmin etmək və ona əsasən hesabatlar hazırlamaq;
  • Market auditinin effektivliyinə dair hesabatın hazırlanmasını təmin etmək
  • Personalın gigiyenik tələblərin icrasına nəzarət etmək.
  • Standartın tələblərindən irəli gələn digər nəzarət formalarının və ya təlimatların hazırlanmasını təmin etmək

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Market Şəbəkələrində  Keyfiyyətə Nəzarət üzrə Aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan