Keyfiyyətə Nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azprotein Foods Group Keyfiyyətə Nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi üzrə arzu olunandır);
  • Təcrübə 2-5 il
  • ISO 9001, ISO 22000 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;
  • MS Office proqramları biliyi;
  • Problem və konfliktləri həll etmə bacarığı;
  • Güclü kommunikasiya və ünsiyyət bacarıqları

Vəzifə öhdəlikləri:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi
  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
  • Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.

Əmək haqqı: 800-100 Azn (Təcrübədən asılı olaraq)

İş qrafiki: Həftədə 6 gün

Nahar şirkət tərəfindən təmin olunur

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan