Keyfiyyət və SƏTƏM üzrə Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Neft-Mədən Avadanlığı MMC Keyfiyyət və SƏTƏM üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Təhsil: Ali, Mühəndis-mexanik və ya Dağ mühəndisi
  • Neft-mədən avadanlığını tanımalıdır
  • Materialın mexaniki və termik emalı üzrə texnoloji proseslər üzrə biliklər
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
  • ISO, ГОСТ, AZS və TŞ tələbləri üzrə biliklər
  • SƏTƏM üzrə biliklər
  • MS Office proqramlarını səlis bilməlidir
  • İş təcrübəsi – maşınqayırma və ya neft sahəsində 3 ildən artıq!

Əsas vəzifələr:

  • Avadanlığın və məhsulların istehsalı üzrə texnoloji intizamın izlənməsi;
  • Istehsal proseslərinin ISO keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət edilməsi və müvafiq sənədlərin işlənməsi;
  • Istehsal olunan avadanlığının və məhsulların keyfiyyətinin ISO, ГОСТ və TŞ üzrə tələblərə uyğun yoxlanması və müvafiq sənədlərin işlənilməsi;
  • Əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası üzrə vəziyyətə nəzarət edilməsi və müvafiq sənədlərin işlənməsi;
  • Digər texniki sənədlərin işlənilməsi;
  • Hesabatların hazırlanması;

İş şəraiti:

  • İş yeri – Balaxanı qəsəbəsi;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Aylıq maaş: 700-800 AZN
  • Şirkət tərəfindən isti yemək
  • Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyət və SƏTƏM üzrə Mühəndis” qeyd edərək öz CV-lərinizi ang.group@mail.ru elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı