Qısa məzmun
Azersun Holding Keyfiyyət və prosesə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İdarəçilik qabiliyyəti olmalıdır.
Namizədə aid tələblər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil;
- mexanika mühəndisliyi;
- kimya mühəndisliyi;
- qida mühəndisliyi;
- maşın mühəndisliyi;
- sənaye mühəndisliyi;
- proseslerin avtomatlaşdırılması mühəndisliyi;
- texnoloji maşın və avadanlıqlar mühəndisliyi;
- cihazqayırma mühəndisliyi;
- mühəndis fizikası;
- Bu sahədə ən azı 3-4 illik təcrübəyə malik olmalı;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət edilməsi;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması
- nündə işlər görülməsi;
- Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil edilməsi;
- Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasının təşkil edilməsi;
- İstehsalat hesabatlarının hazırlanması;
- İstehsalat prosesinə nəzarəti həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır) göndərə bilərlər.