Keyfiyyət İdarəetmə Sistemləri üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Keyfiyyət İdarəetmə Sistemləri üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • İdarəçilik sistemini beynəlxalq standartlarının səviyyəsində qurmaq;
  • Keyfiyyət menecmenti sistemlərinə tələb olunan bütün prosesləri yaradıb onların icrasını təşkil etmək;
  • Keyfiyyət İdarəetmə Sistemlərinin təhlil edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini və rəhbərliyə keyfiyyət menecmenti sisteminin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabatı təqdim etmək;
  • Müəssisənin əməkdaşlarına Keyfiyyət İdarəetmə Sisteminin tələblərini çatdırmasını təmin etmək;
  • Struktur bölmələrin işçilərini lazımi rəsmi və təlimat materialları ilə tanış etmək;
  • İdarəetmə sistemləri üzrə koordinasiya qrupunun işini təşkil etmək və lazımi bütün sənədləri təşkil etmək;
  • Digər struktur bölmələrin keyfiyyət sahəsindəki fəaliyyətinin inkişaf etdirilməsinə rəhbərlik etmək;
  • Siyasətin, məqsədlərin, tapşırıqların və proqramların işlənib hazırlanmasının (yenidən baxılmasının) təşkili;
  • Müəssisənin struktur bölmələrində və tabeçiliyində olan müəssisələrdə İnteqrəedilmiş Menecment Sistemin daxili auditlərin (yoxlamaların, monitorinqlərinin) planlaşdırılmasının və keçirilməsinin təşkilində iştirak edilməsi;
  • Tənzimləyici və qabaqlayıcı tədbirlərin işləyib hazırlanmasında iştirakı, struktur bölmələrdə və tabeçiliyində olan müəssisələrdə onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • İnteqrəedilmiş Menecment Sistemin davamlı yaxşılaşdırılması məqsədilə onun fəaliyyəti haqqında Rəhbərliyə hesabatların təqdim edilməsi;
  • İnteqrəedilmiş Menecment Sistemin təkmilləşdirilməsi üzrə tədbirlər planların işlənib hazırlanmasını təşkil etmək;
  • Sertifikat və nəzarət auditlərinin və digər nəzarət orqanlarının yoxlamalarına hazırlanması və keçirilməsinin təşkili;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Microsoft Office proqramları, MS Excel peşəkar biliyi
  • Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
  • Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

Şərtlər:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Şirkət daxili təlim və inkişaf imkanları

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “KİS Menecer” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı