Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis(İSO)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mətanət A şirkəti  Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis(İSO) vakansiyasını elan edir.

Razılaşma yolu ilə.

“Mətanət A” şirkəti  Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis(İSO) vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
  • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
  • Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
  • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;
  • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
  • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;
  • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
  • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
  • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
  • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini  nəzarət altında saxlamaq;
  • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
  • Uyğunsuzluğun təhlilində iştirak etmək;

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

Tələblər:

  • Yaş həddi: 25-45
  • Ali təhsilli (menecment, və ya  standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
  • İSO 14001:2015 – Ekoloji Menecment Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
  • KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
  • Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur
  • Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur
  • Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan