Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Keyfiyyət idarəetmə sistemləri (KİS) üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Cəmiyyətdə idarəetmə sistemləri üzrə beynəlxalq standartların tətbiqini həyata keçirmək, təhlil etmək və təkmilləşdirməyə dair təkliflər vermək;
- Cəmiyyətin əməkdaşlarına idarəetmə sisteminin tələblərinin çatdırmasını təmin etmək;
- Cəmiyyətin struktur bölmələrinin fəaliyyətlərini əhatə edən İnteqrəolunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin İMS tələblərinə uyğun hazırlanmasında öz fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək;
- İMS ilə bağlı tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək və SƏTƏM və KİS şöbəsinin müdirinə hesabat vermək;
- İMS-in təminatı sahəsində görülən işlərin koordinasiyasını təşkil etmək;
- Cəmiyyətin təsdiq edilmiş İMS üzrə sənədlərinin əslinin təhvil alınmasını, onların sistemləşdirilməsi, saxlanılması və çoxaldılmasını təmin etmək;
- İMS-in tələblərini müntəzəm olaraq hərtərəfli təhlil etmək, İMS-ə aid sənədlərin işləkliyinin təmin edilməsi və təkmiləşdirilməsi işlərində iştirak etmək;
- İMS üzrə Cəmiyyətin malik olduğu beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasın təşkil etmək;
- Cəmiyyətin təsdiq edilmiş İMS üzrə sənədlərinin əslinin təhvil alınmasını, onların sistemləşdirilməsi, saxlanılması və çoxaldılmasını təmin etmək;
- İMS-in tələblərini müntəzəm olaraq hərtərəfli təhlil etmək, İMS-ə aid sənədlərin işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi işlərində iştirak etmək;
- İMS üzrə İSO9001, İSO14001, İSO45001 və auditin keçirilməsinə dair İSO19001 beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasını təşkil etmək;
- İMS üzrə sertifikat və nəzarət (xarici) auditlərin keçirilməsinin təşkilində iştirak etmək;
- Şöbə müdiri tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək;
Namizədə tələblər:
- Ali təhsil (kimya mühəndisliyi, sənaye mühəndisliyi, ekologiya, dağ-mədən mühəndisliyi, geologiya);
- Sahə üzrə təcrübəsi 3 ildən çox olmalı;
- MS Office işləmə bacarığı;
- SƏTƏM və KİS-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
- Mükəmməl Azərbaycan dili biliyi;
- İdarəetmə sahə üzrə İSO9001, İSO14001, İSO45001 və auditin keçirilməsi üzrə İSO19011 standartlarının tələblərini bilməli.
- Zərurət yarandığı halda Daşkəsən rayonuna ezamiyyətə gedə bilməli.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2 H;
- Son müraciət tarixi: 16.03.2022
- Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “KİS üzrə baş mütəxəssisi” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
- Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Daşkəsən rayonunda yaşayan namizədlərə üstünlük veriləcək.
- Mənbə: jobsearch.az