Keyfiyyət idarəetmə sistemi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Mətanət A Keyfiyyət idarəetmə sistemi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Fikrini izah etmək qabiliyyəti olmalıdır.

İşin təsviri:

  • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək
  • Zəruri sənədləri hazırlamaq
  • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək
  • Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi
  • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək
  • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək
  • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması
  • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək
  • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili
  • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi
  • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq
  • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq
  • Uyğunsuzluğun təhlilində iştirak etmək
    İş şəraiti:
  • İş saatı: 09-00-dan 18-00-dək
  • İstirahət: Şənbə və bazar günü

Namizədə tələblər:

  • Yaş həddi: 25-45
  • Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü – Ali təhsil
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi
  • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
    İSO 14001:2015
  • Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması)
  • KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak
  • Azərbaycan və rus dilini mükəmməl bilmək
  • İngilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli

Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan