Qısa məzmun
Ə/h 800-1000 AZN. Mətanət A Keyfiyyət idarəetmə sistemi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Fikrini izah etmək qabiliyyəti olmalıdır.
İşin təsviri:
- İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək
- Zəruri sənədləri hazırlamaq
- Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək
- Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi
- Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək
- İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək
- Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması
- İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək
- Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili
- Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi
- Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq
- Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq
- Uyğunsuzluğun təhlilində iştirak etmək
İş şəraiti: - İş saatı: 09-00-dan 18-00-dək
- İstirahət: Şənbə və bazar günü
Namizədə tələblər:
- Yaş həddi: 25-45
- Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü – Ali təhsil
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi
- Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması)
- KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak
- Azərbaycan və rus dilini mükəmməl bilmək
- İngilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.