Qısa məzmun
Azertexnolayn şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətdə, Keyfiyyət İdarəetmə Sistemləri sahəsində işlərin koordinasiyası və təşkili,
- Lazım olan beynəlxalq standartlara (o cümlədən API Q1 9-cu nəşr/ ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini inkişaf etdirmək və davamlılığını təmin etmək,
- KİS proseslərinə uyğun prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak,
- KİS funksiyalarının monitorinqinin və təhlilinin həyata keçirilməsi, verilənlər əsasında sistemin təhlili və KİS-in effektivliyi barədə rəhbərliyə hesabatların verilməsi,
- İllik daxili auditin planlaşdırılması və həyata keçirilməsi,
- Auditlər zamanı aşkarlanan bütün uyğunsuzluqların effektiv şəkildə düzəldilməsini və müstəqil şəkildə yoxlanılmasını təmin etmək üçün audit proqramını idarə etmək,
- Risklərin idarə edilməsi metodologiyası və Dəyişikliklərin İdarəolunması prosesləri ilə iş təcrübəsi,
- Məhsul və proseslərin sertifikatlaşdırılması ilə bağlı iş təcrübəsi,
- Keyfiyyət İdarəetmə Sistemlərinə dair performans göstəricillərinin (KPI) müəyyənləşdirilməsi və nəzarət edilməsi,
- Strukturların idarəetmə sistemlərində təkmilləşdirmələr təklif etmək,
Seçim meyarları:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
- Təhsili/ixtisası: Ali təhsil (Mühəndis)
- Təlim və kurslar: ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) standartları üzrə təlimlər
- Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
- Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə (Rus dili biliyi üstünlükdür)
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
- Struktur: Mərkəzi sənaye və inşaat məhsullarının sınaq laboratoriyası
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur
Mənbə: JobSearch.az