Keyfiyyətə Nəzarət üzrə Şöbə Müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATS Food Keyfiyyətə Nəzarət üzrə Şöbə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İş məkanı: Sumqayıt

Tələblər:

  • Təhsil səviyyəsi Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsil
  • İş təcrübəsi: Keyfiyyətə nəzarət sahəsində ən az 5 il, rəhbər olaraq ən az 3 il (Qida İstehsalı sahəsində iş təcrübəsinə üstünlük veriləcək)
  • Ezamiyyət: 100% ezamiyyət tələbi
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (yaxşı), Rus dili (orta)
  • Kompüter bilikləri:  MS Office programları üzrə biliklər
  • Digər: Keyfiyyət idarəetmə sistemləri standartlarının ( İSO  9001 , İSO 22000, İSO17025 ) tələblərini bilməlidir.
  • Dövlət Standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməlidir

Vəzifədən gözləntilər:

  • Şirkətdaxili işlərin təsdiqlənmiş keyfiyyət siyasəti və standartlara uyğun aparılmasını təmin etmək
  • Tənzimləyici və qabaqlayıcı tədbirlərin işlənib hazırlayaraq, onların tətbiqinə nəzarət etmək
  • Kritik kontrol nöqtələrının, müayinə metodlarının təyin olunmasını, qəbul/rəd dəyərlərinin hazırlanmasını, keyfiyyət idarə etmə sisteminin tələblərinə uyğun prosedur, formaların hazırlanmasını təşkil etmək
  • Məhsul və ya proseslər üçün yeni spesifikasiyaların və prosedurların işlənib hazırlanması, təkmilləşdirilməsini təmin etmək
  • Təchizatçılardan əldə edilən xammala  tələblərin qoyulması və onların uyğunluğuna nəzarəti təşkil etmək
  • Audit və  digər nəzarət orqanlarının yoxlamalarına hazırlığın təmini  və keçirilməsinin təşkili
  • Yeni məhsul araşdırmalarında, yeni standartlaşdırmalarda, məhsul incələmələrində iştirak etmək
  • Beynəlxalq standartların alınması üçün sənədlərin hazırlanması, təqbiqi və auditi işinin təşkili
  • Laboratoriyada analizlərin siyahısının hazırlanması, metodologiyanın seçilməsi və nəticələrə nəzarət sisteminin qurulması
  • Laboratoriyanın akkreditasiyadan keçirilməsi prosesinin təşkili
  • Hesabatların doğru şəkildə hazırlanaraq zamanında göndərilməsini təmin etmək.

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Strateji yanaşma
  • Dəyişikliyin idarə edilməsi
  • Münaqişənin idarəedilməsi
  • Risklərin idarəedilməsi
  • Vaxtın idarə edilməsi

Əmək haqqı: Razılaşmaya uyğun olaraq.

Müraciət üçün son tarix 30 Sentyabr 2022-ci il tarixidir

Maraqlananların emaildə “Keyfiyyətə Nəzarət Şöbə Müdiri” yazaraq CV-lərini göndərməyi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı