Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

OBA marketlər şəbəkəsi Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Anbarda mal qəbulu zamanı məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması;
  • Mal qəbulu zamanı aşkar edilən uyğunsuzluqlar üzrə aktların tərtibi;
  • Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün əlaqədar struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi;
  • E-tiket məlumatlarına, orqonoleptik göstəricilərə və daşınma şərtlərinə nəzarət edilməsi;
  • AQTA üçün tələb olunan nümunələrinin hazırlanması və təhvil verilməsi;
  • Görülən işlərin hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

   Namizədə dair tələblər

  • Təhsil səviyyəsi: Ali;
  • Yaş: 25-35;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1 il;
  • Kompüter bilikləri: MS Office (Excel- sərbəst);
  • Ezamiyyə səfərlərinə hazır olmalı;
  • İş yeri: Salyan ərazisi
  • İş qrafiki: 6 günlük iş rejmi; gecə növbəsi

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan)” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı