Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Iş yeri: BEGOC Biznes mərkəzindədir.
Vəzifələri
- Təsərrüfatlar üzrə əkinçilik planlarının, kənd təsərrüfatı bitkilərinin texnoloji xəritələrinin hazırlanmasında iştirak edir;
- Təsərrüfatların ehtiyacını nəzərə alaraq daha keyfiyyətli toxum, gübrə və pestisidlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdımaların aparır;
- Kənd təsərrüfatı bitkilərində yayılmış xəstəlik və zərərvericilərin, alaq otları ilə mübarizədə daha effektiv mübarizə üsullarının müəyyənləşdirilməsində iştirak edir;
- Torpaqların münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması istiqamətində aqrotexniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
- Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması barədə dünyada mövcud olan təcrübələrin (texnologiyaların) araşdırır və müvafiq təkliflər hazırlayır;
- Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı vegetasiya müddətində meydana çıxan problemləri müvafiq toxum, texnika, gübrə, pestisid şirkətləri ilə müzakirə edir, nəticələri barədə rəhbərliyə hesabatlar təqdim edir;
- Təsərrüfatda mövcud olan test əkinlərinin nəticələrini izləyir, müvafiq hesabatların hazırlanmasında iştirak edir;
- Gübrə, dərman, toxumların saxlanma rejimi və müddətlərini müəyyən edilməsində iştirak edir;
- Sahədə bitkilərin inkişaf dinamikasına uyğun həyata keçirilən monitorinq işlərinin nəticələrinin analizində iştirak edir;
- Texnoloji xəritəyə uyğun təsərrüfatlarda həyata keçirilən əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi barədə məlumatları toplayır və mövcud vəziyyəti analiz edərək rəhbərliyə hesabat verir.
Tələblər:
- Ali Təhsil ( Aqronomluq, Əkinçilik )
- Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
- Regionlara mütəmadi səyahət etmək imkanının olması
- Yüksək analitik bacarıqları olmalı
- Kompüter bilikləri: Microsoft Office/Excel, Power Point mükəmməl işləmə bacarığı
- Azərbaycan dili -əla, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməlidir
Əlavə məlumat:
- Iş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Maraqlanan şəxslər öz CV formalarını “KT layihələri üzrə mütəxəssis” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Xalq Bank “Şirvan” filialının Müştəri xidməti Şöbəsi (Kredit istiqamətində) vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank "Zaqatala" filialının Müştəri xidməti Şöbəsi (Kredit istiqamətində) vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank "Yevlax" filialının Müştəri xidməti Şöbəsi (Kredit istiqamətində) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank “Gəncə” filialının Ekvayrinq xidməti üzrə regional təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Courtyard by Marriott BAku Qabyuyan vəzifəsi üzrə vakansiya elan edir. ...