Qısa məzmun
SWISSMED Katibə vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili biliyi Upper-Intermediate/Advanced səviyyələrində olmalıdır.
Sandoz Pharmaceuticals D.D SC şirkətinin Azərbaycan Respublikasındaki ekskluziv partnyoru SWISSMED MMC, “Katibə/Şəxsi köməkçi/Resepşn” üzrə vakansiya elan edir.
İşin təsviri:
- Sənəd dövriyyəsinin nəzarəti.
- Şirkətin müxtəlif şöbələri üçün ofis ləvazimatlarının sifarişini etmək:
- Şirkətinin işçi və qonaqlarının ziyarətlərini, turizm şirkətləri ilə işləyərək, təmsil etmək (biletlərin sifarişi, viza dəstəyi, yaşayışın təşkili və s.)
- Şirkət işçilərinin mobil əlaqəsini təşkil etmək üçün provayderlə işləmək, SİM kartlarının verilməsi.
- Aylıq lazımi hesabatların hazırlanması.
- Distribyutorlardan alınmış məlumat əsasında aylıq satışın təhlili, toplanması və emalını etmək.
- Qeyri -istehsal materialları və xidmətlərin satın alınmasını təşkil etmək.
- Tenderlər keçirmək.
- Şirkətin siyasətinə uyğun olaraq müvafiq sənədlərin qeydiyyatını və saxlanmasını təmin etmək.
Tələblər:
- Ali təhsil
- Müvafq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Cinsi: qadın;
- Azərbaycan və Rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması. İngilis dili biliyi Upper-Intermediate/Advanced səviyyələrində olmalıdır;
- Telefon ünsiyyətinin yüksək səviyyədə olması.
- Müvafiq kompyuter proqramları ilə yanaşı MS Office (Word, Excel) Outlook proqramlarını bilməli;
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik. Ofisin
- darə olunması üçün vacib olan vəzifələri, sistemləri və prosedurları bilmək.
İş rejimi:
- 5 günlük iş həftəsi saat 09:00-18:00
Maraqlananlar CV-lərini mövzu yerində “Katibə/Şəxsi köməkçi/Resepşn” qeyd etməklə emil.rzayev@swissmed.az ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...