Katibə – referent
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Əmək haqqı razılaşma yolu ilə. ILK Construction Katibə – referent vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • 1 il katibə-referent sahəsində iş təcrübəsi
  • xanım namizəd, yaş həddi  22 – 35
  • xoş xarici görünüş
  • Azərbaycan, ingilis və rus  dillərində  səlis danışmalı
  • ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
  • ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
  • işgüzar münasibət etikasını bilməli
  • işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
  • təşkilatçılıq bacarığı
  • sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

  • daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
  • telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
  • rəhbərliyin qonaqlarını qarşılayır;
  • daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
  • baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
  • kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
  • rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Bazar günü istirahət.
  • Nahar şirkət tərəfindən təmin olunur
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı