Katibə – referent
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Universal Təchizat ASC Katibə-referent vəzifəsi üzrə vakansiya elan edir. Təhlil aparmaq bacarığı olmalıdır.

Tələblər:

  • ali təhsil
  • 1 il katibə-referent sahəsində iş təcrübəsi
  • xanım namizəd, yaş həddi 27 – 35
  • xoş xarici görünüş
  • Azərbaycan dilində səlis danışmalı
  • ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
  • ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
  • işgüzar münasibət etikasını bilməli
  • işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
  • təşkilatçılıq bacarığı
  • sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

  • daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
  • telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
  • rəhbərliyin qonaqlarını qarşılayır;
  • rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
  • daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
  • baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
  • kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
  • rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
  • qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
  • rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
  • rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını nigar986@mail.ru ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı