Kateqoriya üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000 AZN + Bonus. Aqrar İnnovasiya və Təchizat Şirkəti Kateqoriya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Marketinq strategiyasına əsasən, kateqoriya çərçivəsində səmərəli məhsul portfelinin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Məhsul portfelinin optimallaşdırılması çərçivəsində yeni təchizatçıların müəyyən edilməsi, danışıqların aparılması və təkliflərin alınması;
  • Malların sifarişi ilə bağlı Təchizat və logistika şöbəsi ilə əməkdaşlığın edilməsi;
  • Öz kateqoriyası daxilində malların optimal qalıq kvotalarının müəyyən edilməsi, mallar üzrə stockout və overstok nəzarətinin edilməsi;
  • Kateqoriya üzrə rəf paylarının və yerləşmə tələblərinin müəyyən edilməsi və bununla bağlı satış nöqtələri ilə əməkdaşlığın edilməsi;
  • Satış planına əsasən, malların hədəf satışına çatması üçün stimullaşdırma aksiyalarının hazırlanması və nəticələrə nəzarətin edilməsi;
  • Kateqoriya üzrə rəqabət vəziyyətinin davamlı nəzarətdə saxlanılması;
  • Dövri hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
  • Azərbaycan və Rus dillərindən birini bilmək;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;

İş şəraiti:

  • 6 günlük iş norması
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı: +1000AZN. (namizədə görə dəyişəcək)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kateqoriya üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi hr@aisco.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı