Kateqoriya planlama üzrə menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BrandMart QSC Kateqoriya planlama üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
  • Mağazalar arası stok qalığının hərəkatının tənzimlənməsi;
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Mağazalarda ehtiyac və tələblərin təyin olunması, effektiv satış üçün mağazalara düzgün mal paylanılmasını təmin etmək;
  • Mal kateqoriyaları üzrə planlamanın həyata keçirilməsi;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
  • Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması;
  • Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanmasında dəstək olmaq.

Tələblər:

  • Riyazi və analitik düşünmə qabiliyyəti
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə
  • Satış əməliyyatları və prosesləri haqqında dərin biliklər
  • Excel biliklərinin yüksək səviyyədə olması
  • Minimum 3 il  kateqoriya idarə etmə və planlama  iş təcrübəsi
  • Yaş həddi: 25-45 yaş aralığı
  • Əməkhaqqı: 1000-1200
  • İş saatı: 9:00-18:00

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı