Kateqoriya meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu MMC Kateqoriya meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Funksiya: Qeyri-qida üzrə biznes inkişafı departamenti

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.

Vəzifə funksiyaları:

  • Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
  • Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
  • Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
  • Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Minimum 3 il marketinq, kateqoriya idarə etmə və ya biznes inkişaf sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);
  • Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
  • Rus və ingilis dili biliklərinin olması mütləqdir

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Kateqoriya meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Satış müdiri (HoReCa üzrə)

Camal LTD Region satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1100₼
Satış nümayəndəsi

Horeca MMC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...

Horeca MMC

07.08.2025 - Bakı

500₼
Kassir

Supertoys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Supertoys

06.08.2025 - Bakı

450₼
Satış təmsilçisi

Super Toys Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Supertoys

06.08.2025 - Bakı

Telesatış üzrə Mütəxəssis

İnci Group Of Commpanies Telesatış üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

18.07.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

18.07.2025 - Bakı

600 — 700 ₼
Satış təmsilçisi

Lumegrand Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Lumegrand

17.07.2025 - Bakı

700₼
Satış məsləhətçisi

Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...

Zuleykha Accessories

15.07.2025 - Bakı

600 — 1000 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

09.07.2025 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

09.07.2025 - Bakı