Kateqoriya meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avromed Company QSC Kateqoriya meneceri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Verilmiş marja meyarı ilə kateqoriyanın maksimum dövriyyəsinin təmin edilməsi
  • Kateqoriya daxilində optimal çeşid matrisinin yaradılması
  • Rəqiblərin tələbi və çeşidin öyrənilməsi
  • Satış potensialı nəzərə alınmaqla çeşidin satış kanallarının müxtəlif formatlarına uyğunlaşdırılması
  • Merçendayzinqin uyğunlaşdırılması
  • Yerli/xarici tərəfdaşlar kateqoriyasında satınalmalar
  • Bütövlükdə kateqoriya və fərdi təchizatçı üçün satınalma proqnozunun hazırlanması
  • Təchizatçılarla kommersiya danışıqlarının aparılması
  • Şirkətin / sənayenin daxili prosedurlarına uyğun olaraq malların çatdırılmasının qeydiyyatı
  • Kateqoriya daxilində yerli qiymətlərin (topdan/pərakəndə) formalaşdırılması və bazarda qiymətlərin daimi təhlili
  • Bütün satış kanallarında (dərman kanalı/supermarketlər/ixtisaslaşdırılmış mağazalar şəbəkəsi) yerli müştərilərlə kommersiya danışıqlarının aparılması
  • Satış nümayəndələrindən ibarət komandanın idarə olunması, əsas müştərilərin şəxsi idarə olunması
  • Brend məhsullara tələbat yaratmaq üçün ümumi bazarda eksklüziv məhsullar üçün yerli marketinq büdcəsinin hazırlanması və həyata keçirilməsi və satış kanallarına uyğunlaşdırılması
  • İşçilər üçün motivasiya planının hazırlanması
  • Son istifadəçi üçün tanıtım kampaniyaları
  • Sosial şəbəkələrdə işləmək – bloggerlər, məlumat yazıları, elanlar
  • Marketinq materiallarının hazırlanması (broşürlər, plakatlar və s.)
  • Kateqoriyaya aid edilən və yerli qanunla icazə verilən bütün növ marketinq alətləri
  • İşin nəticələri haqqında hesabatın verilməsi, verilənlərlə analitik iş

Tələblər:

  • Ali təhsil;
  • Yüksək kommunikasiya və Azərbaycan, Rus, İngilis dilində səlis danışıq bacarığı
  • Minimum 3 il uyğun sahədə (Beauty/Personal care) iş təcrübəsi
  • MS Office proqramından sərbəst istifadə
  • Diqqət və məsuliyyət, nəticə üçün çalışmaq

Təklifimiz:

  • Müvafiq sahədə peşəkar inkişaf
  • Səmimi və professional komandada çalışmaq, birlikdə ən yaxşı nəticələr əldə etmək

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kateqoriya meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı