Qısa məzmun
Ə/h 450 AZN + Bonus. OMİD MMC Kassir vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
- 18-30 yaş (yalnız xanım namizədlər)
- Bəsit riyazi biliklərin olması vacibdir
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək haqqı: 450 AZN
Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Bölgə Müdiri
Camal" LTD şirkəti Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kassir
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bölgə Müdiri
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...