Baş xəzinədar/Kassir
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Fairmont Baş xəzinədar/Kassir vəzifəsi üzrə vakansiya elan edir.

Baş Xəzinədar/Kassir, qonaqların Oteldə qaldığı müddət ərzində parkinq, otaq xidmətləri, telefon və ya kompyüterdən istifadə, və s. daxil olmaqla, istifadə etdikləri xidmətlər üçün təqdim etdikləri ödəmələr ilə məşğul olur.

Əmək funksiyaları:

  • Otelin müxtəlif şöbələrindən gündəlik şəkildə qəbul edilən nəğd pul vəsaitlərini yoxlamaq və bank depozitlərinə doldurmaq.
  • Nəğd pul ilə işləyən bütün işçilərin bütün iş növbələrində uyğun pul dəyişmələrinin olmasını təmin etmək.
  • Şirkətin siyasət və təlimatlarına müvafiq şəkildə daxili bank auditlərini keçirmək və Otelin nəğd pul vəsaitlərinin təhlükəsiz olmasını təmin etmək.
  • Fərdi xəzinədarlardan gündəlik şəkildə qəbul edilən nəğd pul vəsaitlərini saymaq və təsdiqləmək.
  • Nəğd pul qəbulunu PMS sistemində qeyd etmək və ya nəğd pul vəsaitləri ilə bağlı gündəlik hesabatların tamamlanmasında köməklik göstərmək.
  • Ardıcıl şəkildə bank depozitlərini gündəlik doldurulmaq və hazırlanmaq.
  • Otel daxili əməliyyatları həyata keçirmələri üçün işçi heyyətini nəğd pul dəyişmələri ilə təmin etmək. Tələb olduqca otel xəzinədarlarını pulun qalığı ilə təmin etmək.
  • Seyfi gündəlik sayıb hesablanmaq, nəticələri sənədləşdirmək və mühasibatlığa bir nüsxəsini göndərmək. Ümumən buraxılmış pullar hesablanmaq və ümumi mühasibatlıq kitabına qeyd edilmək.
  • Xəzinədar tərəfindən gündəlik qısa/tamam hesabatların hazırlanması və Mailiyyə Direktoruna və Şöbə Rəhbərliyinə həftəlik şəkildə təqdim edilməsini təmin etmək.
  • Nəğd pul əməliyatları ilə bağlı gündəlik qeydiyyat aparmaq.
  • Bank razılaşmalarını tənzimləmək.
  • Tələbat olduqca, bank təhlükəsizliyi üçün xəzinədar təhlükəsizlik depozit qutularının buraxılması.
  • Hədiyyə sertifikatlarına və səyahət vauçerlərinə nəzarət etmək.
  • Təsdiqlənmiş prosedurlara əsasən bir sıra xırda ödənişləri tənzimləmək.
  • Baş Xəzinədarın bankını başqa bir şəxsin yanında (mühasibatlığın işçisi və ya menecer) həftəlik sayıb hesablamaq və bütün  hesabları / çatışmamazlıqları tənzimləyib Mailiyyə Direktoruna (Müavinə) məruzə etmək.
  • Bu vəzifə ilə əlaqəsi olan müvafiq yerli və korporativ proses və təlimatları izləmək.
  • Digər bütün mümkün vəzifələri icra etmək.

İxtisas tələbləri:

  • Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq.
  • Həftədə 7 gün, 24 saat iş çərçivəsində səbr və təmkinliliyi qoruyub saxlamaq.
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmaq və qonaqlarla münasibət qurmağı bacarmaq.
  • Tədbirli olmaq, təşkilatçılıq qabiliyyətinə malik olmaq.
  • Nəğd pul ilə keyfiyyətli və səliqəli davranmağı bacarmaq.
  • Peşəkar şəkildə görünmək və davranmaq.
  • Kompyuter bilikləri olmaq: Word, Excel, və e-poçt.
  • Təhsil: Ali məktəb diplomu. Universitet və Kollec dərəcəsi vacibdir.
  • Bənzər bir sahədə iş təcrübəsinin olmasına üstünlük verilir.

Interested candidates may apply online through www.careers.accor.com or send resumes to aze.careers@fairmont.com.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı