Kassir
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Kassir vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsi tələb edilmir.

Azərbaycan Beynəlxalq Bankı Siyəzən və Goranboy regionları üzrə Kassir vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştəriləri bankdaxili qaydalara uyğun olaraq qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
  • Mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək, bu əməliyyatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız hesab edilən pul əskinaslarını qanunvericiliyə və bankdaxili qaydalara (mövcud olduqda) uyğun qəbul etmək, onları dəyişdirmək;
  • Müştərilərin sorğu və müraciətlərini daxili prosedur və qaydalara uyğun, operativ şəkildə icra etmək;
  • Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında belə bilikləri yeniləmək;
  • Ödəmə terminallarının inkasassiyasını həyata keçirmək.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsill;
  • İş təcrübəsi tələb edilmir;
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-ni cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.Məktubun mövzu hissəsində vəzifə adının “Kassir (müraciət edilən region ) “ şəklində göstərilməsi xahiş edilir.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı