Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Kassa qovşaqlarının idarəedilməsi üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə uyğun Sizdən tələblərimiz:
- Müvafiq sahə üzrə ali təhsil
- Bank sahəsində Kassa əməliyyatları üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
- MS Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər
- Ünsiyyət qurma və komanda ilə işləmək bacarığı, problemləri həll etmək bacarığı
- Bank əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi bacarığı
- Aşağıda qeyd olunmuş qaydalar üzrə biliklər:
- Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması (Azərbaycan Respublikasının kredit tşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları ; Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları; Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında; Banklar haqqında AzərbaycanRespublikasının qanunu)
- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması qaydaları
- Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması qaydaları
- Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu qaydaları
- Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi qaydaları
- Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması qaydaları
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kassa qovşaqlarının idarəedilməsi üzrə baş / aparıcı mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kassa qovşaqlarının idarəedilməsi_baş / aparıcı mütəxəssis” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...