Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Kartların hazırlanması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Kartların hazırlanması üzrə mütəxəssis, iş yeri Gəncə ş.
Vəzifələr:
- Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların çapını və personallaşdırılma prosedurlarını aparmaq;
- Təcili tələb olunan plastik kartların hazırlanmasına dair ərizələri qəbul edib vaxtında icra etmək;
- Hazırlanmış plastik kartların aktlarının sıralamasını aparmaq və təsdiq olunmuş aktların müvafiq qaydalara uyğun olaraq saxlanılmasını təmin etmək;
- Yeni plastik kartlar layihələri üzrə testləri nümünə üzərində aparmaq və testlərin nəticələrini şirkətin müvafiq əməkdaşlarına göndərmək;
- Təqaüd plastik kartlarının zəruri olan müddətdə hazırlanmasını və təhvil verilməsini təmin etmək;
- Şöbənin fəaliyyətində istifadə olunan avadanlığın işlək vəziyyətdə saxlanılmasını və texniki baxışdan keçirilməsini təmin etmək;
- Şöbənin fəaliyyətinə aid olan bütün sənədlərin saxlanılmasını təmin etmək və lazım olduqda şirkətin müvafiq əməkdaşlarına təqdim etmək;
Tələblər:
- Ali təhsil;
- Plastik kartların hazırlanma sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, rus, ingilis dili bilikləri (texniki bilik);
- Komandada işləmək bacarığı.
Qeyd: İş yeri Gəncə ş. yerləşir və yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Namizədlərdən CV-lərini “Kartların hazırlanması üzrə mütəxəssis, iş yeri Gəncə ş.” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...