Kart əməliyyatları şöbəsinə (Klirinq əməliyyatları) aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Əməliyyat departamentinin Kart əməliyyatları şöbəsinə (Klirinq əməliyyatları) mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı Əməliyyat departamentinin Kart əməliyyatları şöbəsinə (Klirinq əməliyyatları) mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • AzəriCard maliyyə file larının təhlili
  • Beynəlxalq və yerli kart təşkilatları ilə aparılan kart əməliyyatlarının üzləşdirilməsi
  • Kart əməliyyatları üzrə gəlir və xərclərin təbiəti üzrə bölüşdülməsinin təşkili
  • AzəriCard tərəfindən tərtib edilən hesabatlar üzrə uyğunsuzluqların müəyyən edilməsi və araşdırılması
  • Kirinq üzrə müxabirləşmələrin verilməsi
  • Beynəlxalq və yerli kart təşkilatları və həmçinin kart xidməti mərkəzləri ilə maliyyə sahəsinində işin əlaqələndirilməsi .

Bizim üçün ideal namizəd:

  • Ali İqtisadi təhsili olan;
  • Bank proqramları ilə sərbəst işləməyi bacaran ( Visual Basic və Telescope yüksək səviyyədə);
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
  • Komandada işləmə bacarığı olan;
  • İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı
  • Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “Klirinq əməliyyatları” göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə