Kargüzarlıq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MSDIS Holding Kargüzarlıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Kargüzarlıq işinin aparılması və sənəd dövriyyəsinə nəzarət edilməsi;
  • Sənəd dövriyyəsinin sistemləşdirilməsi, gələn sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, müvafiq şöbə üzrə çatdırılması və cavablandırılmasının təmin edilməsi;
  • Sənədlərin icrasına nəzarət edilməsi və müəyyən qaydada arxivləşdirilməsi;
  • Tərtib olunan müqavilələrin yoxlanılması və nömrələnməsi;
  • Sənədlərin və məktubların düzgün formada tərtib olunması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • MS Office proqramı üzrə biliklərə sahib olmalı;
  • Ofis texnikasından istifadə bacarığı;
  • Məsuliyyət, komandada işləmə bacarığı, diqqət.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: 500-550 AZN;
  • İş yeri: Nərimanov rayonu, Luxen Plaza;
  • Əlaqə nömrəsi: 051-201-21-43, 051-201-21-97.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Kargüzarlıq üzrə mütəxəssis” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı