Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalatKamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Rayon filiallarında kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) işlərinin yerinə yetirilməsi
  • Monitorinq qrupunun iş fəaliyyətinin prosedura uyğun getməsinə nəzarət etmək
  • Təhlükəsizlik sisteminə aid olan bütün kameraların görüntülərini daima təkmilləşdirmək
  • Mütəmadi olaraq yerlərdə kameraların görmə bucaqlarını təkmilləşdirmək
  • Digər şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasını təmin etmək
  • Kamera yaddaş disklərinin dolmasına və sazlığına nəzarət etmək.
  • Baş ofis və filiallarda təhlükəsizlik kameralarının quraşdırılması və dəstəklənməsi
  • NVR/DVR quraşdırılması, sazlanması və optimizasiya edilməsi
  • İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi
  • Xarici və daxili şəbəkə çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət edilməsi
  • İVMS yüklənən istifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli
  • Kamera avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli
  • Daxili intizam qaydalarına əməl etmək
  • Şöbə rəisinin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Təhsil: Ali
  • Müfaviq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı
  • Ünsiyyət qurmaq bacarığı
  • Komanda ilə işləmək bacarmağı
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik
  • Sürücülük vəsiqəsi
  • Regionlara mütəmadi ezamiyyə imkanı

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis” mövzusu ilə göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...