Kadrlar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

MKT-İK MMC (Pambıq müəssisəsi) Salyan, Neftçala, Bilsəuvar, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Zərdab, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy, Yevlax, Filiallarına Kadrlar üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları:

  • Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
  • İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
  • İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;

Tələblər:

  • Ali təhsilin olması;
  • Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
  • Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
  • MS Office proqramları bilikləri;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • 1C proqram biliyi arzu olunandır;

İş qrafiki: 6 günlük, I – V 09:00-17:00, VI 09:00 – 14:00

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində career@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Regionlarda Kadrlar üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı