Kadrlar Üzrə Müfəttiş – Tabelçi (Saatlı)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərpambıq ASK MMC şirkəti Kadrlar Üzrə Müfəttiş-Tabelçi vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması
  • Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün Esd və Erp sistemlərinə yerləşdirilməsi
  • Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması
  • Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün Esd və Erp sistemlərinə yerləşdirilməsi
  • Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (e-gov.az portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi
  • İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi
  • Sadə formada və xüsusi proqram vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi
  • Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya Erp sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması
  • Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat

Namizədə tələblər:

  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 Erp proqramlarında işləmək
  • Cəmiyyətin kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədləri; kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini; işçilərin işə qəbulu və işdən çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi; kadrların seçilməsi və düzgün yerləşdirilməsini; əmək qanunvericiliyinin əsaslarını; kadrların ixtisas və professionallığının artırılması üsullarını; əmək kitabçalarının, şəxsi işlərin aparılması, pensiyaların təyin edilməsi üzrə lazımı sənədlərin tərtib edilməsini; kadr axınının səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üsullarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Kadrlar üzrə müfəttiş-tabelçi Saatlı Piez” qeyd edərək göndərmələri xahiş olunur.
İş yeri Saatlı rayonunda yerləşdiyinə görə yalnız həmin rayonunda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı