Kadrlar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AVT Logistics Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Bəy namizədlərə üstünlük verilir.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Kadrlar üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: Sahə üzrə 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-35
Bəy namizədlərə üstünlük verilir.

İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

  • E-gov portalında əməliyyatları icra etmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
  • Şrkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

  • Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti;
  • Microsoft Office kompüter proqramlarından istifadə etmək bacarığı;
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
  • E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları:(işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
  • Stresədavamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkmilləşdirməli;
  • Problemləri təhlil və həll etmə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

  • Təminatlar:
  • İş yerinə nəqliyyat ilə çatdırılır;
  • Nahar ilə təmin edilir;
  • 5 günlük iş qrafiki;
  • Əmək müqaviləsi;

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə – “Kadrlar üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı