İnsan Resursları Departamentinin Kadr işləri üzrə Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AS Group Investment LLC İnsan Resursları Departamentinin Kadr işləri üzrə Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, vəzifə dəyişiklikləri, işdən azad edilməsi, müavinətlər, xəstəlik vərəqələri və s. sənədlərinin rəsmiləşdirilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
  • İşçilərin məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin uçotunun aparılması və məzuniyyətlərin qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
  • Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi.

Tələb olunan göstəricilər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
  • Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
  • Əla səviyyədə Azərbaycan dili biliyi;
  • Microsoft Office proqramları (Excel bilikləri yüksək olmaqla) üzrə biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahi üsnsiyyətqurma bacarığı;
  • Detallara qarşı diqqətlilik, məsuliyyətlilik;
  • Kargüzarlıq qaydaları üzrə bilik və təcrübənin olması.

İş şəraiti barədə məlumat:

• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı)

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Kadrlar üzrə Mütəxəssis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı