Qısa məzmun
Ə/h 800-1000 AZN. IKTex MMC Sistem Administratoru vəzifəsi üzrə vakansiya elan edir. Daxili IT təhlükəsizlik prinsiplərinə əməl etməlidir.
İş barədə məlumat:
- IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması
- Server və iş stansiyalarının proqram təminatının inteqrasiyasını təmin etmək
- Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək
- Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq
- Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək
- İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi
Namizədə tələblər:
- Storage-lər, Backup sistemlər barədə biliklər
- Texniki tapşırıqları, təlimatları və qaydaları yazmaq bacarığı
- Şirkətin İT infrastrukturunun (serverlər, daxili şəbəkə) fasiləsiz işləməyinin təmin olunması
- Linux və Windows serverlər, VMware, Nutanix, BigData və s. barədə ilkin biliklər və daim biliklərin artırılması
- Windows server, Linux əməliyyat sistemlərinin idarə olunması
- Şirkətin IT səhəsi üzrə inkişaf tədbir planların hazırlanmasında dəstək
- Rus, İngilis dillərin biliyi üstünlükdür
- Müvafiq sahədə iş təcrübəsi
Yalnız hərbi xidmət keçmiş namizədlər dəvət olunacaq.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...