Qısa məzmun
PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi kimi Sizi komandamıza dəvət edirik.
Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi (Junior Sales Agent in Business Innovation)
“PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
- Müxtəlif mənbələrdən potensial müştərilərin axtarışı;
- Yeni müştərilərin cəlbi və mövcud müştərilərin davamlılığının təmin edilməsi;
- Marketinq komandası ilə müştəri cəlbi üzrə cəhdlərin müzakirəsi və proqramların hazırlanması;
- Potensial müştərilərə satış zənglərinin və təqdimat görüşlərinin həyata keçirilməsi;
- Cari müştərilərdən məhsul ilə bağlı gələn sorğuların cavablandırılması;
- Müştəri istək və tələblərinin toplanılması və daxili komanda ilə müzakirəsi;
- Müştəri satışlarının nəticələrinin izlənilməsi;
- Rəqiblərin fəaliyyətinin və bazarın mövcud vəziyyətinin daim izlənilməsi;
- Ən yeni və uyğun satış vasitələrinin analizi və icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: Müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahədə 3 il
- Kompüter bilikləri: MS Offic
- Xarici dil: səlis Azərbaycan və Rus dili, orta səviyyədə İngilis dili
- Digər: Komandada iş, güclü ünsiyyət və təqdimat bacarıqları
- Müştəri davamlılığını təmin etmək bacarığ
- Məlumat toplama bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...