Qısa məzmun
Sinteks Group of Companies Logistika üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Logistika üzrə Administrator tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Təchizatçılar və yük göndərmə agentlikləri ilə əlaqə qurur
- Məhsulların çatdırılmasını təşkil edir
- Nəqliyyat prosesi və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədləri hazırlayır
- Daşınma və gömrük rəsmiləşdirilməsi üçün sertifikatlar və icazələr əldə edir
- Gələcək məhsullar barədə məsul şəxsləri məlumatlandırır
- Hesab fakturaları logistika və maliyyə databazasına daxil edir
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
- Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma
- Təcrübə:
- Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
- Pərakəndə satış şirkətlərində təcrübə üstünlükdür
- Professional biliklər:
- İncoterm-lər və beynəlxalq nəqliyyat standartları üzrə bilik
- Rus dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə
- 1C-də işləmə bacarığı arzuolunandır
- MS Office
- Professional bacarıqlar və kompetensiyalar:
- İşgüzar ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Analitik düşüncə
- Təfərrüatlar və nəticə yönümlü
- Zamanın idarə olunması
- Problem həll etmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika üzrə Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...