Junior account manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400-500 AZN. OMM/Carat Azerbaijan Junior account manager vəzifəsi üzrə vakansiya elan edir. Şəhərin mərkəzində, Fəvvarələr meydanının yaxınlığında iş yeridir.

Junior account manager

OMM/Carat Azerbaijan Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. Agentlik tanınmış beynəlxalq və yerli şirkətlərə mediada satınalma (TV, dijital, radio, OOH, BTL və s.), kreativ, marketinq strategiyalarının və taktikalarının hazırlanması kimi xidmətlər göstərir. Agentlik qlobal Dentsu Aegis Network holdinqini Azərbaycanda təmsil edir.

Agentliyə akkaunt menecer tələb olunur. Yeni əməkdaşa müvafiq treninq keçiriləcək, onun reklam sahəsində mütəxəssis olması üçün şərait yaradılacaq.

Tələblər:

  • Azərbaycan, ingilis və rus dillərini əla səviyyədə bilmək.
  • Proaktiv, innovasiyalar meylli, komanda oyunçusu olmaq.
  • İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı.
  • Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) proqramları ilə iş
  • Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü
  • Riyaziyyatı və məntiqi yaxşı bilmək
  • Xaricdə təhsil almaq, marketinq sahəsində təcrübəli olmaq böyük üstünlükdür.

Görüləcək işlər:

  • Şirkətin müştəriləri ilə ünsiyyət (əsasən e-mail üzərindən)
  • Müştərilər üçün təqdimatların, reklam yerləşdirmək üçün yeni alətlərin göndərilməsi
  • Müştərinin istəyinə uyğun kreativ və media işlərinin icrası
  • Media agentliyinin hər növ xidmətlərinin müştərilərə təklif olunması

Detallar:

  • İş-vaxtı: 10.00-18.00, I–V günlər.
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • Şəhərin mərkəzində, Fəvvarələr meydanının yaxınlığında iş yeri
  • Gülərüz kollektiv
  • Əmək haqqı: başlanğıc olaraq 400-500 AZN.

Maraqlanan şəxslər öz CV-lərini office@omm.az ünvanına “Account Manager” başlığı ilə göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı