Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat JAVA Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.
Namizədə qoyulan tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Proqramlaşdırma üzrə azı 1 il iş təcrübəsi;
- Proqramlaşdırma bilikləri üzrə tələb olunur: Java, JDBC, REST, SQL, JavaScript, XML, CSS, JSON
- OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
- RDBMS, SQL bilikləri;
- Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;
- Komanda şəklində işləmə bacarığı;
- Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
- Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
Vəzifə öhdəlikləri:
- Xidmətlərin XML konfiqurasiyalarının portalda yığılması.
- Periodik olaraq testerlərlə birgə yeni qoşulan xidmətlərin test olunması.
- İntranet sistemində yeni xidmətlərin yoxlama sorğularının quraşdırılması.
- İntranet sisteminin optimizasiyası.
- Ödəniş sisteminin loglarının analiz olunması (xəta olarsa).
- Şirkətin və ya Departamentin digər şöbələrinin tələblərinə uyğun olaraq alətlərin hazırlanması.
- Mövcud XML konfiqurasiyalarda tələblərə uyğun düzəlişlərin aparılması.
- Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
- Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
- Windows, Web və Mobil API işləmələri.
- Ödəmə sisteminin analizi və problemlərin həlli
İş şəraiti :
- Ofis daxili.
- Nahar yeməyi şirkət tərəfindən verilir.
- İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş
- Tibbi sığorta
Maraqlananlardan xahiş olunur öz CV lərinizi hr@modenis.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “JAVA Proqramçı” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...