Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Express Bank Java Back-End developer (middle, junior) vəzifəsi üzrə vakansiya elan edir. REST, SOAP bilikləri tələb olunur.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanma və tətbiq məntiqini anlayaraq alqoritmlərinin yaradılması;
- Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədlərin” tətbiq edilməsi;
- Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verə biləcək şəkildə yazılması;
- Yeni servis, proses və məhsulların sıfırdan yaradılması;
- Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırma işlərinin həyata keçirilməsi;
- Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması;
Tələblər:
- 1 ildən – 3 ilə qədər ş təcrübəsi (Bank və ya digər maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
- Yüksək səviyyəli analitik bacarıqlar;
- Yeni trend və texnologiyalardan məlumatlı olmaq;
- Komandada işləmək bacarığı;
- Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla, xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
- OOP prinsipləri; Dizayn patternləri; Java, Spring (boot) üzrə biliklər və təcrübə;
- Verilənlərin Strukturlaşdırılması və Alqoritmlər (DATA Structures and Algorithms);
- Relyasiyalı verilənlər bazası ilə iş təcrübəsi;
- XML;JSON;Git ilə işləmə bacarığı;
- Front-end (React, Angular JS və s) ilə qarşılıqlı işləmək bacarığı;
- REST, SOAP bilikləri;
- Web servislərin yaradılması və inteqrasiyalarının həyata keçirilməsi;
- IBM Integration Bus üzrə biliklərə sahib olması arzuolunandır;
- Rus və İngilis dilləri arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərin mövzu yerinə “Back-End developer” yazaraq cv@expressbank.az ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...