İxtiopatologiya üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Fish Farm şirkəti İxtiopatologiya üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Baytarlıq, ixtiologiya,  ixtiopatologiya və ya buna uyğun sahələr  üzrə ali təhsil;
  • Minimum 6 ay iş təcrübəsi;
  • Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
  • İstehsalat sahəsində təcrübə;
  • Baytarlıq, laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlar;
  • Detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət.

Vəzifə üzrə öhdəliklər:

  • AFF-ə aid balıqçılıq təsərrüfatında balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı (preventiv) tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • AFF-ə aid balıqçılıq təsərrüfatında balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənilməsinə köməklik edir;
  • AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların sağlamlaşdırılması yollarını təhlil edilməsində iştirak edir və sağlamlaşdırıcı tədbirləri həyata keçirir;
  • AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsində iştirak edir və təyin olunmuş müalicə üzrə tədbirləri həyata keçirir;
  • Balıqların genetik müayinələri üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • İllik müalicə və profilaktika üzrə tədbirlər planının tərtib edilməsində iştirak edir;
  • İxtiopatoloji məsələlərlə bağlı daim ixtiopatoloqu və təsərrüfat rəhbərini məlumatlandırır, ixtiopatoloji  məsləhət alır.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “İxtiopatologiya üzrə kiçik mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı