Qısa məzmun
Brightman BMC MMC şirkəti İxrac üzrə mütəxəssis vakansiyasına qəbul elan edir.
- Brightman BMC MMC şirkəti premium seqmentə aid olan meyvə və tərəvəzlərdən konserv məhsullarının istehsalı, satışı və ixracı ilə məşğul olur.
- Şirkətin məhsulları Rusiya, Ukrayna, Qazaxstan, Polşa, BƏƏ, ABŞ, Yaponiya kimi ölkələrə ixrac olunur.
- Şirkət ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə yeni ixrac komandası formalaşdırır.
İş funksiyaları:
- Şirkətin istehsal etdiyi məhsulları müxtəlif xarici bazarlarda idxalçı və topdansatış şirkətlərinə təklif etmək
- Şirkət adından ixrac bazarlarında fəaliyyət göstərən partnyor şirkətlərlə danışıqlar aparmaq
- İxrac prosesini təşkil etmək
- İxrac edilmiş məhsulların ixrac prosesindən sonrakı mərhələdə satış, marketinq və digər prosesləri izləyib şirkət rəhbərliyini məlumatlandırmaq
- Müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə şirkəti təmsil etmək, hər zaman Made in Azerbaijan brendinin mənafeyini qorumaq
Namizədlərə qoyulan tələblər:
- Ali təhsilli olmalı
- 25-40 yaşları arasında olmalı
- İngilis, Rus və Azərbaycan dillərini sərbəst bilməli
- Qeyri-neft məhsullarının, habelə qida məhsullarının ixracı sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalı
- Pozitiv, kommunikativ, komandada çalışa bilən və qeyri-standart vəziyyətlərlə işləməyi bacaran olmalı
- Sərbəst və innovativ işləmə qabiliyyəti olmalı
- Məsuliyyətli, enerjili və çalışqan olmalı
İş şəraiti:
- İş qrafiki bazar ertəsi – cümə günləri, normal iş saatları
- Əməkhaqqı – fiks 600 AZN və aylıq ixrac dövriyyəsindən yüksək faiz
- Davamlı inkişaf və yeni karyera imkanları
Maraqlananlar tamamlanmış CV-ni aahmadova@brightman.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
900₼
Sosial Media MütəxəssisiRAM Solutions Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1500₼
Marketinq üzrə mütəxəssisƏmək haqqı 1500 AZN. Azera Holding Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing Meneceri
Gədəbəy Mineral Suları Marketing Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...