Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azbadam MMC İxrac üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, beynəlxalq əlaqələrin qurulması, satış imkanlarının öyrənilməsi;
- Beynəlxalq bazarın potensial ixrac istiqamətlərinə bələd olmalı və ona uyğun resurs planlamasının təşkil edilməsi;
- Cari ixrac prosesinin vəziyyəti, xarici bazarda məhsulun mövqeyi və digər məlumatları özündə əks etdirən hesabatların hazırlanması və təqdim edilməsi;
- Məhsulun xarici bazarda (sərgi, konfrans və digər beynəlxalq platformalarda) tanıdılmasının təmin edilməsi, satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması;
- Məhsul ixracı ilə bağlı sənədləşmənin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrası;
- Məhsulun ixracı zamanı logistik prosesə nəzrət edilməsi;
- İxrac prosesi ilə bağlı xarici ölkələrə səfərlərin edilməsi.
Tələblər
Bacarıq və tələblər:
- Beynəlxalq ticarətdə müqavilələrin yazılı və şifahi şərtləri, habelə müqavilələrin bağlanmasının əsas şərtləri və prinsipləri haqqında məlumatlı olmalıdır;
- Beynəlxalq logistik əməliyyatların şərtləri (Incoterms), eləcə də idxal və ixrac prosesləri üçün tələb olunan sənəd dövriyyəsi haqqında məlumatlı olmalıdır;
- Beynəlxalq ticarətdə istifadə olunan maliyyə alətləri (LC, SLBS, BG, CAD və s.) haqqında məlumatlı olmalıdır;
- İxrac prosesinin və korporativ satışların texnikaları, nəzəri və praktiki xüsusiyyətləri haqqında məlumatlı olmalıdır;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmək
- Müvafiq sahədə bakalavr dərəcəsi və/və ya buna bərabər əldə edilmiş təcrübə və təlimlər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- İxrac nəzarəti qanun, qayda və prosedurları üzrə biliklər
- Kənd təsərrüfatı sahəsində təcrübə və nəzəri biliklər üstünlükdür.
Oxşar vakansiya siyahısı:
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xarici satınalmalar üzrə kordinator köməkçisi
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...