İtkilərin qarşısının alınması və idarəedilməsi üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies İtkilərin qarşısının alınması və idarəedilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İtkilərin qarşısının alınması və idarəedilməsi üzrə mütəxəssis tələb olunur.

İşin rolu:

İşin əsas rolu hesabatların vaxtında yoxlanılması, məbləğlərin təhvil verilməsinə nəzarət yetirmək və yaranmış problemlərin həll edilməsi

Vəzifə öhdəlikləri:

  • Mağazalar və kafelər tərəfindən təhvil veriləcək məbləğin satış nəticələri ilə uyğunluğunu yoxlamaq.
  • Müştərilərin depozit məbləğlərindən və vauçerlərdən istifadəsini yoxlamaq
  • Xərclərin məbləğini, limitini, təyinatını və uyğunluğunu yoxlamaq
  • Endirim kampaniyaları zamanı kolleksiyalar üzrə mallara endirimin düzgün tətbiq olunması və malların qaytarılmasını yoxlamaq.
  • VİP müştərilərin satışınının düzgün rəsmiləşdirilməsini yoxlamaq
  • Malların qaytarılma müddətinin 14 gündən çox olmamasını, qaytarılma əməliyyatlarına akt tərtib olunmasını yoxlamaq
  • Malların yerdəyişməsi zamanı baza üzrə göndərilməsi və qəbulunu prosedura uygunluğunu yoxlamaq
  • Uniformanın prosedura uyğun olaraq verilməsini yoxlamaq
  • Aşkar olunmuş itkilərin maddi-məsul şəxslər tərəfindən qarşılanması istiqamətində tədbirlər görmək.
  • Müvəqqəti verilmiş mallarla bağlı əməliyyatları yoxlamaq.
  • Qaimə əsasında yerli təminatçılardan alınmış malların mağazalar və kafelər tərəfindən qəbul olunmasına nəzarət və ödənişə icazə verilməsini yoxlamaq.

Əsas tələblər:

  • İxtisas / Təhsil:
  • Maliyyə və Audit üzrə ali təhsilə üstünlük verilir

Təcrübə:

  • Maliyyə və Audit sahəsində 2 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Azərbaycan və Rus dilini səlis bilmək
  • Riyazi biliklərin olması
  • Mühasibatlıq bilikləri
  • Micrasoft Office proqramları ilə yaxşı səviyyədə ( Excel, Word, Power Point, Outlook)
  • 1C

Kompetensiyalar:

  • Yüksək qavrama qabiliyyəti
  • Analitik düşünmək bacarığı
  • Stressə və təzyiqə davamlılıq
  • İşgüzar ünsiyyət
  • Vaxtın idarə edilməsi

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “İtkilərin qarşısının alınması və idarəedilməsi üzrə mütəxəssis” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı