İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1400-1600 AZN. Modenis LLC eManat İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə adı: İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • IT xidmətlərinin idarəedilməsi üzrə korporativ siyasət, standart və qaydaları tərtib etmək
  • Korporativ İT sözlük tərtib etmək və onun tətbiqini həyata keçirmək
  • Biznes proseslərə əsaslanaraq informasiya axınını müəyyənləşdirmək, beləliklə İT proseslərinin təsnifatını (pocess statement) və data arxitekturlarını tərtib etmək
  • Beynəlxalq və ölkə qanunvericiliyinə əsasən şirkətin daxildə və xaricində informasiyanın istifadəsi (idarəedilməsi) üzrə strategiya (plan) tərtib etmək
  • İnformasiya idarəedilməsi planını tətbiq etmək
  • Korporativ dəyərlərə (corporate values) əsasən informasiya resurslarının istifadəsi üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
  • Keyfiyyətin ölçülməsi və risklərin idarəedilməsi üzrə sistemləri və onlara tələbləri müəyyən etmək
  • Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək

Namizədə qoyulan tələblər:

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
  • İTİL, İSO20000 və/vəya İSO27000 üzrə müvafiq sertikatların olması
  • Komanda şəklində işləmə bacarığı;
  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
  • Analitik təhlil bacarığı
  • İşlərin təşkili, planlanması, qeydtiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarığı
  • İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması )
  • Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarağı və yeniliyə həvəsli olmağı

İş şəraiti:

  • Ofis daxili;
  • Əmək haqqı 1400-1600 AZN
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar təminatının qarşılanması;
  • Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Mobile Developer

Link: https://qlor.me/lwetylrrz0 Təsvir Responsibilities: Providing technical support for ready-made modules Formulate software specifications and basic prototypes Devel ...

Ateshgah Insurance Company

20.05.2024 - Bakı

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı