Qısa məzmun
Ə/h 1400-1600 AZN. Modenis LLC eManat İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə adı: İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi
Vəzifə öhdəlikləri:
- IT xidmətlərinin idarəedilməsi üzrə korporativ siyasət, standart və qaydaları tərtib etmək
- Korporativ İT sözlük tərtib etmək və onun tətbiqini həyata keçirmək
- Biznes proseslərə əsaslanaraq informasiya axınını müəyyənləşdirmək, beləliklə İT proseslərinin təsnifatını (pocess statement) və data arxitekturlarını tərtib etmək
- Beynəlxalq və ölkə qanunvericiliyinə əsasən şirkətin daxildə və xaricində informasiyanın istifadəsi (idarəedilməsi) üzrə strategiya (plan) tərtib etmək
- İnformasiya idarəedilməsi planını tətbiq etmək
- Korporativ dəyərlərə (corporate values) əsasən informasiya resurslarının istifadəsi üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
- Keyfiyyətin ölçülməsi və risklərin idarəedilməsi üzrə sistemləri və onlara tələbləri müəyyən etmək
- Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək
Namizədə qoyulan tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
- İTİL, İSO20000 və/vəya İSO27000 üzrə müvafiq sertikatların olması
- Komanda şəklində işləmə bacarığı;
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- İşlərin təşkili, planlanması, qeydtiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarığı
- İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması )
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarağı və yeniliyə həvəsli olmağı
İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 1400-1600 AZN
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
- Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...