Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect İT xidmət dəstəyi üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir. OSİ modeli üzrə anlayış olmalıdır.
Vakansiya haqqında
Şirkət : Azerconnect
İdarə : İnformasiya Texnologiyaları
İş qrafiki : Standart
Son müraciət tarixi: 13.02.2020
Müqavilə müddəti : Daimi
Sizin əsas vəzifə öhdəlikləriniz
- Xidmət sorğularını, insidentləri və problemləri müvafiq istifadəçilərə və ya qruplara yönləndirmək;
- İstifadəçilər tərəfindən tələb olunan İT ilə əlaqəli xidmət istəklərini cavablandırmaq və izləmək;
- Xidmət Dəstəyi qrupunun bütün əməliyyatlarını qeydiyyata almaq;
- Müəyyən əməliyyatlar üzrə istifadəçilərə məsləhətlər vermək;
- Kompüterləri qurmaq və idarə etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali Təhsil
- İT sahəsində 2 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Azərbaycan və ingilis dilləri – səlis, Rus dili biliyinin olması arzuolunandır;
- Avadanlıqlara texniki qulluğun göstərilməsi bacarığı;
- OSİ modeli üzrə anlayış;
- ITIL Frameworks üzrə təcrübə;
- Texniki problemləri diaqnoz və həll etmək bacarığı;
- Kompüter sistemləri, mobil qurğular və digər texnoloji məhsullar üzrə anlayış;
- Yüksək müştəri xidmətləri bacarıqları;
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “İT xidmət dəstəyi üzrə böyük mühəndis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.