İT və İnformasiya təhlükəsizliyi riskləri üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PASHA Holding İT və İnformasiya təhlükəsizliyi riskləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

PASHA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində İT və İnformasiya təhlükəsizliyi riskləri üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • İT, əməliyyat və biznes risklərini, eyni zamanda funksiyaları və fəaliyyətləri nəzərdən keçirir və təklif olunan həllərin təyinatını müəyyən etmək və tövsiyə etmək üçün onların təsirlərinin qiymətləndirilməsi;
  • Mövcud təhlükəsizlik sistemlərinin təhlili, eyni zamanda dəyişikliklər və ya təkmilləşdirilmə üçün tövsiyələrin verilməsi;
  • Fəlakətin nəticələrinin aradan qaldırılması, kompüter mühakiməsi, kompüter texnologiyaları və metodlarına dair biliklər;
  • Şirkət üçün məlumatların idarəedilməsi, İT və kiber təhlükəsizlik standartlarının yaradılması və ən yaxşı praktikaların tətbiq eilməsi, eyni zamanda təhlükəsizlik təkmilləşdirilmələrininin təklif edilməsi;
  • Təhlükəsizlik pozuntuları və pozuntuların yaratdığı zərərin dərəcəsini təsdiq edən hesabatların hazırlanması;
  • Müxtəlif texniki vahidlərin fəaliyyətlərini koordinasiya edilməsi və yönləndirilməsi: İT, informasiya və kiber təhlükəsizliyi;
  • İT, İnformasiya və kiber təhlükəsizliyi nəzarətinin hazırki vəziyyətinə dair qiymətləndirmələrin nəzərdən keçirilməsi və təqdimi;
  • Məlumat fayllarının monitorinqi və təhlükəsiz informasiya sisteminə girişin tənzimlənməsi;
  • Şirkətin kiber təhlükəsizliyi sahəsində maarifləndirilməsinə və əlaqəli fəaliyyət üçün cavabdehlik;
  • İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • İnformatika, kompüter bilikləri, idarəçilik və informasiya sistemləri sahəsində ali təhsil;
  • İT və/və ya informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi;
  • Məhsul biliyi: *nix əsaslı OS, Microsoft Windows məhsulları, Networking, Firewalls, proqram təminatlarının təhlükəsizliyi,
  • Virtualizasiya, ERP sistemləri, məlumat bazası və ehtiyat nüsxələrinin saxlancı sistemləri haqqında məlumatlılıq;
  • Məntiqi və fiziki icazə təhlükəsizliyi, dəyişikliklərin idarəedilməsi, informasiya təhlükəsizliyi, biznesin bərpa edilməsi praktikası və bəkə texnologiyaları kimi təhlükəsizlik və nəzarət riskləri də daxil olmaqla informasiya sistemləri ilə əlaqəli konsepsiyalar haqqında anlayışın olması;
  • CRISC, CISM, CISSP, ISO/IEC 27005 Risklərin idarəedilməsi və ya informasiya texnologiyaları sənayesinə aid sertifikatlaşdırılmış şəbəkə mühəndisliyi, sertifikatlaşdırılmış təhlükəsizlik mütəxəssisi və ya bu kimi digər sertifikasiyaların olması;
  • Bank və sığorta sahələrində bilik və iş təcrübəsi.

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “İT və İnformasiya təhlükəsizliyi riskləri üzrə menecer” qeyd olunmalıdır;

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı