Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İT üzrə Tətbiqetmələrin İnkişafı üzrə Bölmə Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.Layihələri idarəetmə bacarığı olmalıdır.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- ƏDX və Tətbiqlərin yaradılması ilə bağlı biznes tələbləri nəzərdən keçirmək
- Bütün istehlakçı və Müəssisə Tətbiqləri, VAS platformaları və əlaqəli xidmətlərin İKT inkişaf planı və yol xəritəsinə uyğun planlaşdırılması, təşkili, inkişafı, inteqrasiyası, tətbiqi, yerləşdirilməsi və çatdırılması prosesini idarə etmək;
- Müştəri məmnuniyyəti ilə bağlı hədəflərə və beynəlxalq standartlara cavab vermək üçün bütün platforma və xidmətlərin tələb olunan xidmət səviyyələrinə uyğun olaraq planlaşdırıldığını, inkişaf etdirildiyini, tətbiq və inteqrasiya olunmasını təmin etmək;
- ƏDX, Tətbiqlər və Xidmət Çatdırılma Platformaları üçün müvafiq inkişaf, optimallaşdırma və sınaq metodları və alətlərini tətbiq etmək;
- SDLC prosesinin müvafiq tələblərə, dizayna, proqram təminatına uyğun düzgün şəkildə təqib olunmasını təmin etmək;
- Platforma/tətbiqləriin həcminin genişləndirilməsi və proqram təminatı yeniləmələrini planlaşdırmaq və idarə etmək;
- Təklifləri təhlil etmək və yeni platformalar/tətbiqlər və xidmətlərin həyata keçirilməsi imkanlarını araşdırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Kompüter elmləri, elektronika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Telekommunikasiya/BSS/Proqramlar/ƏDX/ platformalarının dizaynı, inkişaf etdirilməsi, mühəndisliyi, tətbiqi, inteqrasiyası və dəstəyi üzrə iş təcrübəsi;
- Komanda idarə etmə üzrə iş təcrübəsi;
- Telekommunikasiya, İT və ya Layihələrin İdarə olunması üzrə iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- ƏDX, mobil və komputer şəbəkələridə istifadə olunan protokollar, (SIGTRAN, MAP, TCP/IP, Camel, xml, DCC, SMPP və s.) proqramlaşdırma dilləri, məlumat bazası, əməliyyatlar sistemi üzrə bilik;
- Tətbiqlər, ƏDX və Xidmət çatdırılması üzrə platformaların idarə olunması, konfiqurasiyası və mühəndisliyi üzrə bilik;
- İT platformaları və həllərin arxitekturası üzrə bilik;
- Arxitektura standartları, metodologiyaları və strukturaları üzrə bilik
- Layihələri idarəetmə bacarığı
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “İT üzrə Tətbiqetmələrin İnkişafı üzrə Bölmə Rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.