Qısa məzmun
Ə/h razılaşma yolu ilə.Caspel MMC İT T üzrə Satış meneceri üzrə vakansiya elan edir. Geniş İT bacarıqları olmalıdır.
Tələblər:
- Azərbaycan, rus dillərində səlis danışmağı bilməli (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- İT- satış sektorunda təcrübəsi olanlara üstünlük veriləcək
- Müvafiq sahədə minimum bir ilə qədər iş təcrübəsi olmalıdır
- Microsoft Office proqramlarını bilməli
İş barədə məlumat:
- Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
- Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
- Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir.
- Görüş və təqdimatların təşkil edilməsini təmin edir.
- Yeni müştərilərdən daxil olan sorğuların emal edilməsini və satış təmsilçilərinə ötürülməsini təmin edir.
- Müştəri bazasında olan müştərilərlə əlaqə saxlayır və yeni görüşlər təşkil edir, siyahı şəklində satış menecerlərinə təqdim edir.
- Şirkət və məhsulları haqqında ilkin məlumatların yeni müştərilərə çatdırılmasını təmin edir.
- Daxil olmuş zənglər əsasında şirkət və məhsulları haqqında məlumatın çatdırılmasını təmin edir.
- Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
- Daxil olmuş zənglər zamanı ilkin müştəri tələblərini öyrənir və satış təmsilçilərinə məlumat verir
- Yeni müştərilər haqqında məlumatları ERP proqram məhsuluna qeyd edir;
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
- Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.
- Vəzifə ,öhdəlikləri və icra etdiyi layihələrlə bağlı rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlayır və təqdim edir.
- Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini sevda.n@caspel.com elektron ünvanına (“İT üzrə Satış meneceri” başlığı ilə) müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...